Merkel: `Almaniya Suriya əməliyyatında iştirak etməyəcək`
12.04.2018 5072 0
"Almaniya Suriyada heç bir hərbi əməliyyatda iştirak etməyəcək”.
"Sputnik İnternational"a istinadən verilən xəbərə görə, bunu Almaniya federal kansleri Angel Merkel keçirdiyi mətbuat konfransında deyib.
A. Merkel bildirib ki, Şərqi Qutada kimyəvi silah tətbiqinin arxasında Suirya hökumətinin dayandığına dair çoxlu sübutlar var: "Görünür, 2013-cü ildə razılaşdırılsa da, Suriya hökuməti kimyəvi silah ehtiyatlarını tamamilə məhv etməyib. Çox təəssüf edirik ki, BMT Təhlükəsizlik Şurasının üzvləri iclasda Suriya dakı kimyəvi hücumla bağlı heç bir razılaşma əldə edə bilməyiblər"./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər