Merkel: `Almaniya NATO-ya ödənişləri artıracaq`
18.03.2017 751 0
Almaniya NATO-ya ödənişləri artıracaq.
Reuters agentliyinə istinadən verilən xəbərə görə, bunu Almaniya kansleri Angela Merkel ABŞ prezidenti Donald Trampla keçirdiyi birgə mətbuat konfransında deyib.
“Almaniya NATO-ya ödənişləri artıracaq. Biz art;q 2016-cı ildə müdafiə xərclərimizi 8% artırmışıq. Ümumilikdə, ABŞ-ın Əfqanıstanda missiyanı davam etdirmək və beynəlxalq terrorizmə qarşı mübarizə aparmaqda israrlı olması məni sevindirdi”, deyə A.Merkel bildirib.
Xatırladaq ki, yanvarda D.Tramp NATO-nu köhnəlmiş təşkilat adlandıraraq bildirmişdir ki, yalnız beş ölkə Alyansa tələb olunan xərcləri ödəyir./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər