Kiyevin yeni seçilən meri Vitali Kliçkonun andiçmə mərasimində maraqlı hadisə baş verib.
Məlumata görə, Kliçko Ali Radanın iclasında çıxış etdikdən sonra vəzifə andını içmək yaddından çıxıb.
Kliçko çıxış etidikdən sonra adi günlərdə olduğu kimi Ali Radanın tribunasını tərk edib. Amma sonra geri qayıdıb və vəzifə andını içib. Yeni seçilən merin bu unutqanlığı Rada deputatları arasında gülüşə səbəb olub.
Noyabrın ortasında keçirilən mer seçkilərinin ikinci turunda Kliçko 66,5 faiz səs toplayıb. Vitali Kliçko 2014 –cü ildə Ukraynada baş verən dövlət çevrilişinin əsas liderlərindən olub. Elə həmin ildən Kiyev şəhərinin meri vəzifəsində çalışır. O, Ukrayna parlamentinin deputatıdır.
Vitali Kliçko Ukraynadakı mitinqlər zamanı
Kliçko həmçinin peşəkar boksla məşğul olub. O, WBC, WB0, WBA versiyaları üzrə dünya çempionudur.
Vitali Kliçko 10 iyul 1971-ci ildə Qırğızıstanın Belovodsk vilayətində anadan olub. 9 Noyabr 2005 ci il tarixində V. Kliçko rinqdən getdiyini açıqlayır. Vitali Kliçko 4,5 il sonra yenidən rinqə qayıdır. Onun idmandan getməsi boks camiəsının narazılığına səbəb olmuşdu. Hazırda Vitali Kliçko UDAR Partiyasının lideridir./anspress/