Melih Gökçek istefa verib
28.10.2017 627 0.0 0

Türkiyənin Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Melih Gökçek istefa verib.

Türkiyə KİV-inə istinadən xəbər verilir ki, o, bunu Ankara Böyük Şəhər Bələdiyyəsinin məclisində elan edib.

“Prezidentim Rəcəb Tayyib Ərdoğanın Türkiyəni lider dövlət edəcəyinə inandığım, onun əmrinə tabe olduğum üçün istefa verirəm”, - deyə Melih Gökçek Ankara Böyük Şəhər Bələdiyyə məclisində istefası ilə bağlı çıxşında vurğulayıb.

Türkiyə KİV-in hesablamasına əsasən, Melih Gökçek 8 min 617 gün Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri olub.

Qeyd edək ki, Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) Ankara, Bursa və Balıkəsir böyük şəhər bələdiyyələri sədrlərinin istefası ilə bağlı qərar qəbul edib. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar