Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.
APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, ölkə prezidenti Enrike Penya Nyeto fəlakət bölgəsinə yollanıb. O, dağıdıcı zəlzələ nəticəsində ölənlərin xatirəsinə ölkədə 3 günlük matəm elan edib.
Meksikada sentyabrın 8-ə keçən gecə 8,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Tres-Pikos yaşayış məntəqəsindən 119 km cənub-qərbdə, ocağı isə 33 km dərinlikdə yerləşib.
***
00:29
Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 34 nəfərin öldüyü bildirilirdi.
Meksikada sentyabrın 8-ə keçən gecə 8,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Tres-Pikos yaşayış məntəqəsindən 119 km cənub-qərbdə, ocağı isə 33 km dərinlikdə yerləşib.
Meksika prezidenti Enrike Penya Neto yeraltı təkanları son 100 ildə ölkədə baş verən ən böyük zəlzələ adlandırıb.
***
21:13
Meksika sahillərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.
Reuters agentliyinə istinadən verilən xəbərə görə, bundan əvvəl 32 nəfərin öldüyü bildirilirdi.
Meksikanın Milli Seysmoloji xidmətinin dəqiqləşdirilmiş məlumatına əsasən, sentyabrın 8-ə keçən gecə qeydə alınan yeraltı təkanların maqnitudası 8,2 olub.
Meksika prezidenti Enrike Penya Neto yeraltı təkanları son 100 ildə ölkədə baş verən ən böyük zəlzələ adlandırıb./apa/