Meksikada qadınlar ağaca ərə gedir
28.02.2018 934 0
Meksikanın Oaxaka ştatının San-Casinto-Amilpas şəhərində bir neçə qadın simvolik olaraq ağaclarla izdivac qurub.
Məlumata görə, bu barədə “Metro” nəşri məlumat yayıb.
Perulu aktyor və ətraf mühit fəalı Riçard Torresin təşəbbüsü ilə təşkil olunan mərasim fevralın 25-də keçirilib. Ağ donda olan qadınlar ağacları qucaqlayıb və öpüb, ağaclara sadiqlik andı içib, havaya gül buketləri atıb.
İnk adətləri əsasında oynanılmış simvolik toyda, ətraf mühit fəalları, dünya ictimaiyyətinin diqqətini Meksikanın cənub-qərbində meşələrin qanunsuz olaraq kəsilməsinə yönəltməyə çalışıb.
2017-ci ilin dekabr ayında Riçard Torres Peruda anoloji tədbir keçirmişdi. O bu yolla minlərlə ağacın xilas edilməsinə nail olacağına ümid edir./oxu.az/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər