Meksikada fövqəladə vəziyyət rejimi tətbiq edilib
19.02.2018 750 0.0 0

Fevralın 16-da baş vermiş güclü zəlzələ ilə əlaqədar Meksikanın Oaxaka ştatının 33 bələdiyyəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

 

RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün bölgəyə 5 minədək hərbçi, hərbi təyyarə və helikopterlər göndərilib.

 

Ötən cümə günü Meksikanın Oaxaka ştatında 7,2 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar paytaxt Mexikoda hiss olunub. Zəlzələ nəticəsində yüzlərlə tikiliyə ziyan dəyib. Zəlzələdən sonra bölgədə 1500 dən çox  təkrar yeraltı təkan qeydə alınıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar