Meksika ilə sərhəddə ABŞ sərhədçisinin öldürülüb
20.11.2017 668 0.0 0

ABŞ-ın sərhəd xidmətinin əməkdaşı Meksika ilə sərhəddə baş vermiş silahlı insident zamanı öldürülüb.

Məlumata görə, bu barədə Birləşmiş Ştatların prezidenti Donald Tramp "Twitter"də yazıb.

O, qeyd edib ki, daha bir sərhədçi ağır yaralanıb. "Sərhəd xidmətinin zabiti cənub sərhədində öldürülüb, daha bir nəfər ağır yaralanıb. Biz bunda təqsirkar olan şəxsi tapacaq və onu məhkəməyə cəlb edəcəyik", - deyə o yazıb. 

Bundan əlavə, Tramp Meksika ilə sərhəddə divarın inşasının vacibliyini də qeyd edib: "Biz divarı tikməliyik və onu inşa edəcəyik".

Hadisənin təfərrüatları barədə məlumat verilmir.

"Fox News"un məlumatına görə, öldürülən şəxs 36 yaşlı Rodjelio Martinezdir. Digər yaralı isə xəstəxanaya yerləşdirilib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar