Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarova polisə çağırılması barədə yayılan xəbərlərə münasibət bildirib.
Qazeta.info bildirir ki, “Qafqazinfo”ya açıqlama verən aktrisa heç kəsi təhqir etmədiyini bildirib.
Əməkdar artist ona şər atıldığını qeyd edib:
“Evə 3 dəfə həkim aparmışam. O adamlar kişini xəstəxanaya getməyə qoymurlar. Deyirlər ki, səni qocalar evinə aparacaqlar. Kişinin arvadı noyabrda ölüb. Bunun ardından həmin ər-arvad bu evə yerləşiblər. Qohum-əqrəbalarını xəstənin evindən uzaqlaşdırıblar. Evi də mənimsəyiblər.
İki aydı bu adam yataqdadı. Kişinin ayaqları şişib, sınıqları var. Ayın 28-i evdən çıxmışam. Şamama adlı qadın əriylə həmin kişinin ölümü gözləyir. Bu arvad mənə şər atır, belə bir şey yoxdur, heç kəsi təhqir etməmişəm. Bu şəri qohumları sayəsində yerdə qoyan deyiləm. Polis bölməsinə çağrıldım, izahatımı verib çıxdım”.
Xatırladaq ki, aktrisa bu gün Nəsimi rayonu 19-cu polis bölməsinə çağırılıb.
Nəsimi rayonu 19-cu polis bölməsindən ölke.az-a verilən məlumata görə, aktrisa Şamama Ağayeva adlı şəxsin Daxili İşlər Nazirliyinin "102" xidmətinə etdiyi müraciətə əsasən polisə çağırılıb:
"Hüseyn Seyidzadə küçəsi ev 7, mənzil 1-də yaşayan Ağayeva Şamama Abış qızının "102" xidmətinə verdiyi məlumatla əlaqədar Mehriban Xanlarova polisə dəvət olunub, izahatı alınıb. Ş.Ağayeva müraciətində Mehriban Xanlarovanın onu təhqir etdiyini bildirib. Hələ ki qarşı tərəf dindirilməyib