Mehriban Əliyeva Britaniya Lordlar Palatasına dəvət olunub
28.11.2016 740 0.0 0

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Heydər Əliyev Fondundan verilən məlumata görə,  Baronessa Nikolsonun başçılıq etdiyi nümayəndə heyətini Heydər Əliyev Fondunda görməkdən şad olduğunu deyən M. Əliyeva bu səfərin ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib.
 
Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisinin fəaliyyətinin böyük hörmətə layiq olduğunu vurğulayan Azərbaycanın birinci xanımı qonağın siyasi fəaliyyəti ilə yanaşı, ictimai fəaliyyətini xüsusi qeyd edib. M. Əliyeva Baronessa Nikolsonun uşaqlara qayğı, qadınların hüquqlarının müdafiəsi, mədəniyyət və digər sahələrdə gördüyü işləri yüksək qiymətləndirib. Azərbaycanın birinci xanımı qonağın ölkəmizlə, xüsusilə də Heydər Əliyev Fondu ilə gələcək əməkdaşlığına ümidvar olduğunu bildirib.
 
Baronessa Nikolson Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən danışaraq gələcəkdə Fondla səhiyyə sahəsində bir sıra layihələrin reallaşdırılması təklifini irəli sürüb. Eyni zamanda, Azərbaycan və Böyük Britaniya parlamentlərarası dostluq qrupunun fəaliyyətini yüksək qiymətləndirən Baronessa Nikolson M. Əliyevanı Lordlar Palatasında görüşlər keçirilməsi məqsədilə Britaniyaya səfərə dəvət edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar