Mebel salonu və ərzaq mağazasında yanğın
08.08.2015 535 0.0 0

Qazeta.info Fövqaladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən bildirir ki, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1200 kv.m olan  mebel salonun zirzəmisində quraşdırılmış elektrik lövhəsində 10 ədəd elektrik açarı və 2 p.m çıxış kabeli yanmışdır. Mebel salonu yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb

Bundan başqa bildirək ki, Salyan rayonu, Çuxаnlı kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli ərzaq mağazasının yanar konstruksiyaları və içərisində olan ərzaq malları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar