MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
28.03.2017 803 0
Aprelin 7-də Özbəkistanın paytaxtı Daşkənddə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
APA-nın təşkilatın İcraiyyə Komitəsinin saytına istinadən verdiyi məlumata görə, iclasda təşkilat çərçivəsində əməkdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsi yolları, təşkilatın region və dünyada rolunun artırılması müzakirə ediləcək.
Mütəşəkkil cinayətkarlıqla mübarizəni, təşkilatın xarici sərhədlərində böhranlı vəziyyətlərin yaranması və həlli zamanı sərhəd xidmətlərinin və digər qurumların qarşılıqlı fəaliyyəti də müzakirə olunacaq.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər