MDB ölkələrində İŞİD-ə qarşı tədbir
18.06.2015 556 0.0 0

MDB Antiterror Mərkəzi “İslam dövləti” terrorçu qruplaşmasının əleyhinə önləyici tədbirlər hazırlayır.

 “RİA Novosti”yə istinadən verilən məlumata görə, məqsəd qruplaşmanın fəaliyyətinin MDB ölkələrinin ərazisinə keçməsinin qarşısını almaqdır.
 
Mərkəzin rəhbəri Andrey Novikov bildirib ki, məsələ ilə bağlı sabah MDB ölkələrinin Milli Antiterror Mərkəzləri rəhbərlərinin toplantısı keçiriləcək.
 
O qeyd edib ki, MDB ölkələrini xüsusən Mərkəzi Asiya regionunda beynəlxalq terrorçu və ekstremist təşkilatlarının fəallaşması, habelə “İslam dövləti”nin MDB-nin cənub sərhədlərinə yaxınlaşması narahat edir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar