MDB dövlət başçıları Şurasının növbəti iclası Soçidə keçiriləcək
30.05.2017 717 0.0 0

MDB dövlət başçıları Şurasının növbəti iclası Rusiyada keçiriləcək.
 
TASS-a istinadən verilən məlumata görə, bunu qurumun İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib.  
 
S. Lebedevin sözlərinə görə, oktyabrın 11-də Soçidə keçiriləcək iclasda üzv ölkələr üçün böyük əhəmiyyət kəsb edən məsələlər müzakirə olunacaq. O bildirib ki, mayın 26-da Kazanda keçirilən MDB hökumət başçıları Şurasının iclası effektiv, konstruktiv olub və orada müsbət nəticələr əldə edilib.
 
S. Lebedev bildirib ki, bundan sonra da MDB-də iqtisadi və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirəcəyi ilə bağlı işlər davam etdiriləcək. O, qurumun müasir reallıqlara adaptasiya olunması prosesini kifayət qədər effektiv davam etdiyini qeyd edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar