Maskalı şəxs yanacaqdoldurma məntəqəsinə basqın edib
07.04.2017 724 0
Cəlilabadda yanacaqdoldurma məntəqəsinə basqın olub.
Məlumata görə, hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd ərazisində "Al-petrol" yanacaqdoldurma məntəqəsinə daxil olan maskalı şəxs orada işləyən şəxsləri bıçaqla hədələyib və seyfi açmağı tələb edib. İstəyinə nail ola bilməyən şəxs qaçaraq hadisə yerini tərk edib.
Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər