Maşın biri polis olmaqla iki nəfəri vurub
03.02.2016 571 0
Xaçmaz rayonunda iki piyadanı maşın vurub. Məlumata görə, hadisə Gəndob -Yalama yolunun Nərəcan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ 2106 " markalı 27 BE 109 dövlət nömrə nişanlı avtomaşın iki piyadanı vurub. Onlar Nərəcan kənd sakinləri 1987-ci il təvəllüdlü Yunusov Şahəddin Almaz oğlu və 1986-cı il təvəllüdlü Əsədov Vasif Əkbər oğludur. Hər iki şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olan Xaçmaz Dəmiryol xətt polis şöbəsinin əməkdaşı Ş.Yunusov Bakıda yerləşən tibb müəssisəsinə göndərilib. V.Əsədovun vəziyyəti isə orta ağırdır, müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər