Masazırda böyük bir ərazidə çökmə, sürüşmə və uçqun olub
28.02.2017 889 0.0 0

Masazır qəsəbəsində yaşayış evlərinin yaxınlığında torpaq sürüşməsi baş verib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov APA-ya faktı təsdiqləyərək bildirib ki, Masazır qəsəbəsində “Zəli gölü” kimi tanınan ərazidə böyük bir ərazidə qeyri-bərabər çökmə, sürüşmə və bəzi sahələrdə isə uçqun prosesi müşahidə edilib.

 

Onun sözlərinə görə, sürüşmə-çökmə hadisəsinin baş verdiyi ərazi maili yamacdır, yamacın maililiyi 20-25 dərəcə təşkil edir: “Ərazidəki süxurlar yuyulmaya, həll edilməyə meyllidir. Atmosfer yağıntılarının, qrunt və kanalizasiya sularının təsirindən süxurların həll olunması nəticəsində ərazidə qeyri-bərabər çökmə-sürüşmə hadisəsi baş verib. Bəzi yerlərdə qırılma qaşının hündürlüyü 20-40 sm-ə qədər dəyişir, ayrı-ayrı lokal sahələri əhatə edir”.

 

R. Həsənov qeyd edib ki, ərazidə mərkəzləşdirilmiş drenaj şəbəkəsi, kanalizasiya xəttinin sularının yer səthinə axıdılması müşahidə olunub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar