MASALLI SAKİNİ İŞİD ÜZVÜ ÖLDÜRÜLÜB.
19.08.2014 1685 0
Məlumata görə, öldürülən azərbaycanlı “İslam Dövləti” silahlı qruplaşması tərkibində vuruşan Masallı rayonu Ərkivan kənd sakini Mustafayev Ramil Davud oğludur.
O, bir neçə gün əvvəl Zərdab rayon sakini Ramiz Ağasəf oğlu Abdullayevlə birgə öldürülüb.
Xatırladaq ki,mətbuatda iki gün əvvəl R. Abdullayevin Suriyada öldürülməsi barədə məlumat yayıb.
Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə yüzlərlə azərbaycanlı həyatını itirib.
Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.//APA
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər