Marsda Morze əlifbasında «ismarıc» tapıldı - FOTO
12.07.2016 864 0
Planetoloq Veronika Brey görüntüdə olan yazını deşifrə edib.
NASA mütəxəssisləri Mars qumlarında Morze əlifbasını xatırladan dünlər aşkarlayıblar.
Oxu.az xəbər verir ki, bu barədə məlumat HiRISE apparatının rəsmi saytında yerləşdirilib.
Foto Mars Reconnaissance Orbiter planetlərarası avtomatik stansiyasında yerləşdirilən kamera vasitəsi ilə çəkilib.
Gizmodo portalının məlumatına əsasən, planetoloq Veronika Brey görüntüdə olan yazını deşifrə edib: “NEE NED ZB 6TNN DEIDEDH SIEFI EBEEE SSIEI ESEE SEEE!!”.
Qeyd edək ki, Mars planetinin səthində Morze əlifbasında istifadə olununan nöqtə və tire işarələri əvvəllərdə tapılmışdı. /bizimyolinfo.az/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər