Marneulidəki seçkilərin ilkin nəticələri açıqlanıb
20.05.2019 675 0.0 0

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda keçirilmiş icra başçısı seçkiləri ilə bağlı ilkin nəticələri açıqlayıb.

Qazeta.info “Report”-a istinadla xəbər verir ki, rayonun 81 seçki məntəqəsinin nəticələrinə əsasən, hakim “Gürcü Arzusu” partiyasının namizədi Zaur Darğallı səslərin 79,08%-ni əldə edib.

Digər namizədlər – müxalif Vahid Milli Hərəkat Partiyasından olan Aqil Mustafayev 11,06%, müxalif “Avropalı Gürcüstan” partiyasından olan Əhməd İmamquliyev isə 7,73% səs toplayıb.

Yerdə qalan namizədlərin əldə etdiyi göstərici isə 1%-ə qədərdir.

Qeyd edək ki, Marneuli rayon rəhbəri vəzifəsi uğrunda 15 namizəd mübarizə aparıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar