Marko Deviç `Sabah`dan ayrıldıqdan sonra depressiyaya düşüb
16.12.2021 520 0
Serbiya əsilli ukraynalı sabiq futbolçu Marko Deviç "Sabah" klubundan ayrıldıqdan sonra depressiyaya düşüb.
Məlumatına görə, bu barədə veteran hücumçu "Football Hub" yutub kanalına müsahibəsində deyib.
Keçmiş forvard bunu karyerasını başa vurması ilə əlaqələndirib: "Bu, təkcə mənim üçün deyil, hər bir futbolçu üçün çox çətin dövrdür. Hazırda depressiyadan çıxmış kimi görünürəm. Amma artıq futbol oynamayacağımı anlamaq mənim üçün sadəcə, şokdur. Ailənizlə birlikdə olmağa, başqa şeylər etməyə çalışırsınız, amma futbolsuz qalmaq çox çətindir".
Qeyd edək ki, Marko Deviçin son klubu "Sabah" olub. O, 2018/2019 mövsümündə, həmçinin 2020-ci ildə Bakı təmsilçisinin formasını geyinib./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər