Mariya Zaxarova: `Moskvada Dağlıq Qarabağ separatçılarının nümayəndəliyi yoxdur`
15.03.2018 1127 0.0 0

"KİV-lərdə qondarma "DQR" nümayəndəsi kimi təqdim olunan Albert Andriyan Rusiya XİN-də Ermənistanın Moskvadakı səfirliyinin müşaviri kimi qeydə alınıb."

Məlumata görə, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə Azərbaycanın işğal olunmuş ərazilərindəki separatçı rejimin Moskvada nümayəndəliyinin yaradılması barədə Azərbaycan KİV-nin sorğusunu şərh edərkən bildirib.

"Moskvada heç bir "Artsax" nümayəndəliyi yoxdur", - M.Zaxarova deyib.

Onun sözlərinə görə, sözügedən yazılarda adı çəkilən Albert Andriyan Ermənistanın Rusiyadakı səfirliyində müşavirdir.

"O, hər halda Rusiya Xarici İşlər Nazirliyində bu cür akkreditə olunub", - XİN nümayəndəsi vurğulayıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar