Maradona qızlarını məhkəməyə verəcək
07.10.2017 759 0
Argentinalı keçmiş futbolçu Dieqo Maradona qızları Calma və Canninanı məhkəməyə verəcək.
TASS-a istinadən xəbər verilir ki, "The Sun" qəzetinin yazdığına görə, qızlar atasının icazəsi olmadan onun hesabından Uruqvaydakı banka 1,45 milyon funt sterlinq vəsait köçürüb.
Nəşrdə qeyd olunub ki, 56 yaşlı argentinalı artıq vəkillərinə iddia ərizəsi üçün sənədləri hazırlamağı tapşırıb. Məlumata görə, bu işdə Maradonanın keçmiş həyat yoldaşı Klaudiya Vilyafanenin də əli ola bilər.
Xatırladaq ki, sonuncunu Maradona 2015-ci ildə məhkəməyə verib və sabiq xanımının 9 milyon dollarının mənimsədiyini iddia edib./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər