Manatla bağlı şad xəbər
03.04.2015 1264 0.0 0

Mərkəzi Bank martda manatın dollara nisbətdə sabit saxlanması üçün maliyyə bazarına 600-700 milyon dollarlıq müdaxilə edib.

Qazeta.info ANS PRESS-ə istinadla xəbər verir ki, bu haqda Azadlıq Radiosuna deputat Vahid Əhmədov məlumat verib. Onun fikrincə, müdaxilə hələ də varsa manatın uzuclaşması ehtimalı artır. Vahid Əhmədov 2016-ci ilin ikinci yarısına qədər manatı real bazar qiymətinə çatdırmağı təklif edir:

"Mən bununla bağlı Mərkəzi Bank sədri Elman Rüstəmova da öz fikirlərimi bildirdim. Dedim ki, manat ucuzlaşmaqda davam edirsə, gərək ölkədə devalvasiya yumşaq aparılsın. Elman Rüstəmov kəskin devalvasiyanın olmayacağını bildirdi".

Elman Rüstəmov milli valyutanın neftdən asılı olduğunu bildirib. Əlavə edib ki, fevraldakı ucuzlaşma manatın yox, neftin devalvasiyasıdır.

Dünya bazarında ötən ilin avqustdan neftin qiyməti ucuzlaşmağa başlayıb. Bununla da dollar digər valyutalara nisbətdə bahalanıb. Azərbaycan 8 ay manatı dollara nisbətdə sabit saxlaya bilmişdi. Amma fevralda manat bir gündə 34 faiz ucuzlaşdı.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar