Manatınız var? Dollar almağa tələsməyin
16.03.2015 961 0.0 0

Edvard Snouden ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (National Security Agency, NSA) SWIFT ödəniş sistemindəki hesablaşmaları gizli və qanunsuz şəkildə güddüyünü açıqlayandan sonra Braziliya, Çin, İran, Hindistan və başqa ölkələr öz alternativlərini yaratmaq fikrinə düşdülər. Ötən il SWIFT ilə bağlı vəziyyət lap gərginləşəndə Britaniya bu öklələrin bank sistemlərinin qlobal ödənişlər şəbəkəsindən ayrıla biləcəyini bəyan etdi.

Bu isə Rusiya və Çinin dollar asılılığından qurtulmaq, SWIFT-ə real alternativ yaratmaqla bağlı qərarlarını lap qətiləşdirdi.
 
Rusiya artıq SWIFT-in alternativini istifadəyə verib və bu sistem ölkədəki 91 bank-kredit təşkilatını birləşdirir. Yeni sistem ölkədəki banklara SWIFT-ə qoşulmadan, Rusiya Mərkəzi Bankı vasitəsilə qarşılıqlı əlaqələr qurmağa imkan verir.
Rusiyadan sonra İran, Çin və Hindistan da dollar asılılığından qurtulmaq üçün konkret addımlar atmağa başlasalar, dolları çətin günlər gözləyir.
Əslində, dünyanın dollardan qurtulmağının zamanı çatıb.
 
Son sorğulardan birinin nəticələri maraqlıdır. Belə ki, ABŞ vətəndaşlarının 25 faizi Yerin Günəşin ətrafında yox, Günəşin Yerin ətrafında fırlandığına qəti əmindir.
Belə düşüncəli insanların rəsmi Vaşinqtonun təbliğatlarına və media korporasiyalarının xəbərlərinə inanmaları təəccüblü olay təsiri bağışlamamalıdır.
ABŞ dollarının yüksək volatilliyi şəraitində fond birjalarında kəlləmayallaq proseslər sürətlənir, dünya bazarlarında xam neftin və təbii qazın qiyməti bahalaşmaq bilmir, Birləşmiş Ştatların faktiki olaraq heç nə ilə təmin edilməmiş xəzinədarlıq kağızlarının (bondların) dəyəri yüksəlir - ABŞ-da isə orta təbəqəyə mənsub insanlar sürətlə kasıblaşırlar.
 
 
Rəsmi Vaşinqton vətəndaşlarının diqqətini gerçək problemlərdən yayındırmaq üçün qlobal miqyasda demokratiya carçısı olduğunu deyərək az qala bütün ölkələrin daxili işlərinə kobud müdaxilələr edir, dövlətlərə "demokratiya və insan haqları" dərsləri keçir, terrorizmin gerçək səviyyəsi ilə bağlı yalanları reallıq kimi qələmə verir.
 
Dünyanın müxtəltif bölgələrində fərqli ölkələr amerikan imperializminin məngənəsindən qurtulmağa və iqtisadiyyatlarını, ümumiyyətlə yaşamlarını və siyasətlərini dollar təzyiqindən azad etməyə can atırlar.
 
İş o yerə çatıb ki, ABŞ-ın ən sadiq müttəfiqləri sayılan ölkələr də dolların mənhus itaətində özlərini narahat hiss edirlər.
 
Məsələn, Fransanın hakimiyyət dairələri xarici ticarətdə və bank əməliyyatlarında avroya üstünlük verməyin vaxtının çatdığını vurğulayır.
 
"Biz avropalılar öz aramızdakı ticari əməliyyatlarda dollarla hesablaşırıq. Buna kəskin zərurət duyulurmu? Düşünmürəm. 

Xarici ticarət əməliyyatlarında avro ilə yanaşı, inkişaf etməkdə olan dövlətlərin milli valyutalarının çəkisini də artırmalıyıq. Qlobal ticarətdə belə ölkələrin rolu və çəkisi artdığından proseslərdən kənarda qalmağımız, bundan sonra da dollardan asılı qalmağımız məntiqli olmazdı", - Fransanın maliyyə naziri Mişel Sapen The Financial Times-a verdiyi müsahibəsində deyib.
 
 
 
Dollardan qurtulmağa çalışan ölkələrə ötən həftə Cənubi Koreya, Malayziya, Yaponiya, İndoneziya, Cənubi Afrika Respublikası, Tailand da qatılıblar.
Bəs yaxşı, belədirsə, onda ABŞ-ın kütləvi informasiya vasitələri, habelə prezident Barak Obamanın şövqlə bəhs etdikləri "dünya iqtisadiyyatının qlobal miqyasda dirçəlməyə başlaması" necə olsun?
 
Belə "dirçəliş" barədə danışılanlar, deyilənlər və iddia edilənlər yalandır.
Ağ yalan. Çünki dirçəliş yoxdur və bundan sonra olmayacaq.
Hətta ABŞ maliyyə sisteminin "bel sütunu" sayılan "Goldman Sachs" bankı belə "dünya iqtisadiyyatı ağır resessiyada, tənəzzüldədir" tipli bəyanat verib.
Amerikalılar da deyirlər ki, yaşamları çətinləşib. Mal və məhsulların satışı ilə bağlı başqa ölkələrlə rəqabət güclənib. Deməli, Birləşmiş Ştatlarda maaşların bundan sonra azalması, iş yerlərinin ixtisara düşməsi qaçılmazdır.
 
 
Dollar asılılığından qurtulmağa çalışan ölkələrin sayı artdıqca ABŞ bu dövlətlərə, hətta ən yaxın müttəfiqlərinə qarşı maliyyə savaşları aparır.
Üstəlik, "qlobal miqyasda terrorizmlə mübarizə", "demokratik dəyərlərin müdafiəsi" və ən nəhayət, ölkə daxilində sərt polis üsul-idarəsinin bərqərar olunmasına yönəlmiş tədbirlər.
ABŞ, gerçəkdən də, xoş olmayan günlərini yaşayır.
"West Shore Funds"ın baş strateqi, məşhur maliyyə analitiki Cim Rikardsın fikrincə, dollar asılılığından qurtulmağa yönəlmiş proseslər bundan sonra da aktivləşəsidir.
Həmin proseslər MDB məkanında da başlanıb.
 
Qazaxıstan və Belarus xarici ticarətdə dolların pressinqindən yaxa qurtarmaq, habelə milli valyutalarının kursunun ABŞ-ın "yaşıl pulu" ilə müəyyənləşdirilməsi praktikasını zəiflətmək üçün zəruri tədbirlər planı hazırlayıblar.
 
 
Qazaxıstan rəhbərliyi milli valyuta tengenin mövqelərini möhkəmlətmək və ucuzlaşmasının qarşısını almaq üçün ölkə iqtisadiyyatındakı dollarların sayını azaltmağa qərar verib.
 
Azərbaycan belə şəraitdə nə etməlidir və manatın kursunu stabilləşdirmək, milli valyutasını qorumaq üçün nə etməlidir?
Çətin, amma cavabları mümkünsüz sayılmayacaq suallardır.
Söz yox, hazırda dünya iqtisadiyyatında dolların mövqeləri çox güclüdür.
 
Ehtiyat valyuta qismində dolların mövqelərinin ifrat dərəcədə zəifləməyə başladığından danışmaq tez olsa da, 10 il əvvəl dünya ölkələrinin valyuta ehtiyatlarının 70 faizi ABŞ dollarının payına düşürdüsə, indi həmin göstərici 60 faizə bərabərdir. 1999-cu ildə avro tədavülə buraxılanda valyuta ehtiyatlarında onun payı 18 faizdisə, indi həmin pay 25 faizə çatıb.
 
 
Bundan başqa, dünya bazarlarında əsas xammal məhsulları və enerjidaşıyıcılarının qiymətləri ABŞ dolları ilə müəyyənləşdirilir. Hesablaşmalarda dollardan imtina edən ölkələrinin sayı artsa da, ABŞ valyutasının zəifləməsindən danışmaq tezdir.
 
Azərbaycan manatının kursunun müəyyənləşməsində bivalyuta zənbili prinsipindən istifadə olunur, yəni manatın kursu tək dollar yox, həm də avro ilə bəlirlənir.
Bəhs etdiyimiz prosesləri və dünya maliyyə bazarlarında yaranmış vəziyyəti nəzərə alsaq, Azərbaycanın Mərkəzi Bankının manatın devalvasiyası ilə bağlı qərarından bəri ötən müddətdə kursların çarpaz dəyişməsi seçilmiş yolun yanlış olmadığını göstərir.
 
Manatın kursunun stabil qalması üçün Mərkəzi Bank əvvəlki təki valyuta bazarına süni intervensiyalar etmir, ehtiyatlarını manat-dollar münasibətlərinin sürətli dəyişkənliklərdən qorunmasına sərf etmir. Əksi olsaydı, Azərbaycanın Mərkəzi Bankının valyuta ehtiyatları aprelin ortalarında ümumiyyətlə qurtara bilərdi.
 
 
Azərbaycan xarici ticarətində dollardan bilmərrə imtina edə bilməz və bu, əslində zərərli addım olardı. Sadəcə, ilkin addımlar qismində xam neft və təbii qazın satışlarında avro, rubl, funt-sterlinq, rial və yuanın rolu artırılmalı, iqtisadiyyata kənar təzyiqlərin yarada biləcəyi şokun qarşısını almaq üçün mübadilə kursunun daha mütəhərrik, çevik durumu təmin olunmalıdır.
 
Azərbaycanın Mərkəzi Bankı həm ölkə daxilində, həm də xarici ticarətdə son instansiyadakı kreditor rolunda çıxış etməlidir. Yalnız belə olan təqdirdə ölkə iqtisadiyyatı ilə maliyyə sisteminin dollar asılılığından qurtulması istiqamətinə ahəstə, düşünülmüş addımlar atmaqla manatı möhkəmləndirmək olar./Milli.az/

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar