Manat əksər xarici valyutalara nisbətən bahalaşıb
30.09.2016 1046 0.0 0

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 29-u ilə müqayisədə 0,25% ucuzlaşaraq 1,6211 manat olub.

 

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,35% zəifləyərək 1,8187 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl sentyabrın 29-u ilə  müqayisədə 0,39% zəifləyərək 0,0257 manat səviyyəsinə enib.

 

Türkiyə lirəsinin məzənnəsi isə 1% ucuzlaşaraq 0,5398 manat təşkil edib.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1026 manatdır. Beləliklə, funt sterlinq 0,62%-lik ucuzlaşma nümayiş etdirib.

 

Gürcüstan larisinin məzənnəsi 0,07% bahalaşaraq 0,6935 manat təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar