Maliyyə nöqsanları aşkarlanan nazirliklərin adları açıqlanıb
07.04.2015 876 0.0 0

Azərbaycan Hesablama Palatası apardığı yoxlamalar nəticəsində maliyyə nöqsanları aşkarlanan və bununla bağlı tədbirlər görülən dövlət qurumlarının adlarını açıqlayıb.

Məlumata görə, Palatanın 2014-cü ildəki fəaliyyətinə dair hesabatında Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm, Gənclər və İdman, Səhiyyə nazirlikləri, o cümlədən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik, “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə müvafiq audit yoxlamaları apararaq, maliyyə nöqsanları aşkarlayıb.
Hər bir audit yoxlamanın nəticələri Milli Məclisə təqdim olunub.
Bununla bağlı qeyd olunan qurumlar üzrə müvafiq tədbirlər görülüb./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar