Maliyyə Nazirliyində yeni təyinat
02.06.2016 502 0
Prezident İlham Əliyevin fərmanı ilə ləğv edilmiş Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) sabiq rəisi Namiq Xəlilova yeni vəzifə verilib.
Məlumata görə, N.Xəlilov maliyyə naziri Samir Şərifovun müşaviri təyin edilib. Nazirin digər müşaviri isə Adir Məmmədovdur.
Xatırladaq ki, DSNX bu il fevralın 3-də ləğv edilib. Qurumun səlahiyyətləri Maliyyə Bazarlarına Nəzarət Palatasına ötürülüb./report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər