Malidə hotelindəki terrorun təşkilatçıları bilindi
21.11.2015 570 0.0 0

“Əl-Qaidə” Malinin paytaxtı Bamakoda hotelə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

 

Məlumata görə,  hücum "İslam Maqrib dövlətlərində Əl-Qaidə Təşkilatı" və “Əl-Murabitun” silahlıları tərəfindən birgə təşkil olunub.

 

Xatırladaq ki, noyabrın 20-də Malinin paytaxtı Bamakoda “Radisson Blu” terrorçular tərəfindən ümumilikdə 170 nəfər girov götürülüb, onlardan bir hissəsi sərbəst buraxılıb. Son məlumatlara əsasən hadisə nəticəsində 27 nəfər ölüb./apa/ 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar