İyulun 4-də Erməni silahlı bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 2 yaşlı Zəhra Quliyevanın həlak olmasına Türkiyənin sənət adamları da biganə qalmayıb.
APA TV-nin xəbərinə görə görə, Mahsun Kırmızıgül, Hülya Avşar və Hadisə sosial şəbəkələrdəki şəxsi hesablarında Zəhra ilə bağlı paylaşımlar ediblər.
Mahsun Kırmızıgül bu hadisəni törədənlərə lənət oxuyub: "Körpə Zəhra nənəsi ilə birlikdə Azərbaycanda qətlə yetirilib. Bu bölgədə uşaqlar hələ də ölməyə davam edirlər. Adları, dinləri, ölkələri fərqli olsa da, ölən uşağın kim olduğunun heç bir əhəmiyyəti yoxdur. Dinc əhaliyə qarşı edilən bu alçaq hücumları kim edirsə etsin, min dəfə lənət olsun!"
Hülya Avşar qeyd edib ki, heç kim bu hadisəyə Azərbaycan xalqının problemi kimi baxmamalıdır: "İrqindən, dinindən və milliyyətindən asılı olmayaraq, bu hadisə cəzasız qalmamalıdır. 2 yaşındakı bir körpə qətlə yetirilib. Vəhşicəsinə! Bu, insanlığa sığmayan bir hücumdur. Bütün dünya bunu görməli, bilməli və səssiz qalmamalıdır. Biz hamımız bu hadisəni qınayaq və insan haqları qurumlarının hara baxdıqlarını soruşaq. Bu cür faciələri önə çıxarmaq lazımdır və dinc əhalinin hədəf alınması qəti şəkildə qəbul edilə bilməz. Və mən Mübariz olaraq buna tək bir ad verə bilərəm: terror və faşizm!
Hadisə isə Azərbaycan xalqına başsağlığı verib: "İçim acıyır. 2 yaşındakı bir körpə... Acılı analar... Bu, insanlığa sığmayan vəhşi bir hücumdur. Terror hücumlarını hanı dildən, dindən, irqdən olursa olsun qınayıram! Və qınamağa da davam edəcəyəm. Buna bir son verin! Azərbaycana səbir diləyirəm".