Fələstin dövlətinin prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan prezidenti İlham Əliyevi Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edib.
Məlumata görə, M. Abbasın məktubunda deyilir:
“Hörmətli cənab Prezident. Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Zati-alinizə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Bu münasibətlə Sizə, ölkənizə və xalqınıza xoşbəxtlik, rifah və tərəqqi arzu edirəm. Xalqlarımızı və ölkələrimizi birləşdirən möhkəm qardaşlıq əlaqələrinə dərin ehtiramımızı ifadə edirik. Sizin xalqımızın hüquqlarına, müstəqil Fələstin Dövlətinin yaradılmasına göstərdiyiniz qardaşlıq dəstəyinizi yüksək qiymətləndiririk. Bu əlaqələrin inkişaf etdirilməsi və ölkələrimiz üçün faydalı müştərək məqsədlərimizə xidmət naminə aramızdakı qarşılıqlı əməkdaşlıq yollarının davam etdirilməsindən sonsuz məmnunluq duyuruq. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyət arzu edirəm. Xahiş edirəm, ən səmimi təbriklərimi qəbul edin”./apa/