Maduro: Venesuelada xalq qoşununun sayı 3,3 milyon nəfərdir
09.12.2019 467 0.0 0

Venesuelanın xalq qoşunu sıralarında olan vətəndaşların sayı 3,3 milyon nəfərə çatıb.

Bildirək ki, bu barədə ölkə prezidenti Nikolas Maduro La-Quayra (şimal ştatı Varqasın paytaxtı -red) şəhərində tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

"Bu gün mən Venesuelaya və bütün dünyaya elan edə bilərəm ki, qoşunun (xalq - red) sayı milyon 300 min nəfərə çatıb", - Maduro qeyd edib.

Dövlət başçısının sözlərinə görə, bütün qoşun döyüşçüləri yaxşı "təşkil edilib, təlim görüb, silahlıdır və Venesuelanın bütövlüyünü, müstəqilliyini və asayişini müdafiə etməyə hazırdır".

"2020-ci ildə hədəf - milyon nəfərə nail olmaqdır", - Maduro vurğulayıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar