Maduro Kolumbiyanı Venesuelaya qarşı sui-qəsd cəhdində ittiham edib
28.11.2019 697 0.0 0

Venesuela prezidenti Nikolas Maduro ölkə hərbçiləri qarşısındakı çıxışında Kolmbiya oliqarxları tərəfindən maliyyələşdirilən, Bolivar Respublikasının hərbi hava hücumunun müdafiə vasitələrinə qarşı yönəldilmiş sui-qəsd cəhdlərin müvəffəqiyyətlə ifşa olunması barədə bildirib.

Bildirək ki, bu barədə TASS məlumat yayıb.

"Biz Kolumbiya oliqarxlarının dolları tərəfindən maliyyələşdirilən, daha çox Bolivar Respublikasının Hərbi Hava Qüvvələrinə və quru qoşunlarına qarşı yönəldilmiş 47-dən çox sui-qəsd cəhdini aşkarladıq. Onlar diversiya təşkil etməyə çalışaraq, Venesuelanı hava hücumuna qarşı müdafiəsiz qoymağa çalışırdılar", - deyə o bildirib.

Maduro həmçinin ölkənin hava məkanının, sülhün, müstəqilliyin və milli təhlükəsizliyin müdafiəsimə görə" Venesuelanın Milli Hərbi Hava Qüvvələrinin nümayəndələrinə təşəkkür edib. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar