Madrid meri Donald Trampı Hitlerə bənzədib
30.01.2017 689 0
İspaniyanın paytaxtı Madridin meri Manuela Karmena ABŞ prezidenti Donald Trampı Adolf Hitlerə bənzədib.
TASS-a istinadən verdiyi məlumata görə, xanım mer bunu ABŞ-da miqrasiya siyasətinin sərtləşdirilməsindən sonra deyib.
“Biz bilirik ki, bu, önəmli sayda vətəndaşların dəstəklədiyi qanuni hökumətdir. Lakin 21-ci əsrdə biz insan haqlarının ən böyük pozuntusunun şahidi oluruq. Eynilə əksəriyyətin əvvəlcə dəstəklədiyi digər bir hökumətin vaxtında olduğu kimi”, - deyə M. Karmena Hitler Almaniyasını nəzərdə tutaraq söyləyib.
Qeyd edək ki, Donald Tramp Suriya, İraq, İran, Liviya, Sudan, Somali və Yemən vətəndaşlarının 90 gün ərzində ABŞ-a girişinə qadağa qoyub./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər