Türkiyəli rok ifaçısı Fazlı Teoman jurnallardan birinə verdiyi açıqlama ilə ölkədə müzakirə mövzusuna çevrilib.
Türkiyə mətbuatına istinadla verilən məlumata görə, Teoman bildirib ki, uşaqlıqda türk olduğuna görə nifrət edib. Həmin vaxt türk millətinə mənsub olması onun ürəyini bulandırıb.
Müğəni 14 yaşında İsveçrədə başına gələn hadisələr barədə açıqlama verib. O, jurnala açıqlamasında bu ifadələri işlədib. Teoman uşaq olarkən xalasının həyat yoldaşı ona deyib ki, əgər lotoreya qazansa, İsveçrədə normal yaşaya biləcək.
Fazlı Teoman - türkiyəli rok ifaçısı
“Həmin vaxtlar mənim fikirlərim alt-üst oldu. Uşaq olduğum üçün bu sosial çətinliklər mənə çox pis təsir edirdi. Türkiyəyə, İstanbula, ağzına kimi dolu avtobuslara, palçıqlı küçələrə, işığın tez-tez sönməyinə, atasızlığa, kasıblığa və ən nəhayət, türk olduğuma nifrət edirdim. Türk olmağım mənim ürəyimi bulandırırdı”.
Müğənninin jurnala müsahibəsi
Rok ifaçısı lotoreyanı qazanıb İsveçrədə qalmağı qarşısına məqsəd qoyub. O bildirib ki, uşaqlıqda Elvis Presli kimi bir şəxs olmaq istəyib.
Fazlı Teoman 1967-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Sənətçi musiqi karyerasına 1986-cı ildə başlayıb. Sənətçı ilk albomunu 1996-cı ildə çıxarıb. /anspress/