Moskvada Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən məşhur “qanuni oğru” saxlanılıb.
Xarici mediaya istinadən xəbər verilir ki, saxlanılan 44 yaşlı “qanuni oğru” Musa Malsaqov kriminal aləmdə daha çox Musa İnquş ləqəbi ilə tanınır. Şəxsi axtarış zamanı onun üzərində 3,6 qr heroin aşkarlanıb. Bununla da “qanuni oğru” 10 ilə qədər azadlıqdan məhrum edilə bilər. Musa barədə qətimkan tədbiri bu gün Moskvanın Doroqomilovsk məhkəməsində seçiləcək.
Qeyd edək ki, Musa Malsaqov 2012-ci ilin avqustunda Fransada “taclandırılıb”. Milliyətcə inquş olan Musanın Ded Hasanın Qafqazın kiçik və şəriət yönümlü xalqları arasında “oğru” ənənələrini təbliğ etmək siyasəti nəticəsində “taclandırıldığı” güman edilir.
Musa bilavasitə “xaç ataları” olan Qoça və Artur kimi “oğru” klanları arasındakı münaqişəyə laqeyd münasibət bildirib. Lakin sonradan Malsaqov bitərəflikdən çıxaraq özünü “dedovski”lərin tərəfdaşı elan etdi. Sonrakı 4 il ərzində Musa Rövşən Lənkəranski və Taxi barədə qiyabi “proqon”lara imza atmaqla öz varlığını xatırladıb./aznews.az/