Türkiyənin tanınmış müğənnisi Keremcem həyat yoldaşı Seda Güvəndən ayrıldı.
Məlumata görə, bu barədə cütlük öz qərarını birlikdə keçirdikləri mətbuat konfransında açıqlayıb.Onlar bu addımdan təəssüfləndiklərini bildiriblər. “Çox təəsüf hissi ilə bildiririk ki, münasibətlərimiz yol ayrıcında qalıb və aldığımız ayrılıq qərarı ilə bu gün evliliyimizə son qoyduq. Bundan sonra biz münasibətlərimizi dostluq münasibətləri ilə davam etdirəcəyik. Bu həssas dövrümüzdə sizdən şəxsi həyatımıza göstərəcəyiniz hörmət və diqqət üçün sizə təşəkkür edirik.”
Keremcem və Sedə Güvən birlikdə çəkildikləri filmdə tanış olub. Keremcem dostlarından birinin ad günündə öz anasının üzüyü ilə sevgilisinə evlənmə təklif edib.
Cütlük keçən ilin noyabr ayında Parisdə Türkiyənin Paris konsulluğunda ailə həyatı qurublar. Nigah mərasimində ailə üzvləri və cütlüyün yaxın dostları da iştrak edib. /anspress/