Türkiyənin məşhur müğənnisi və rejissoru Mahsun Kırmızıgül baş nazir Əhməd Davudoğluya sərt mesaj yazıb.
Məlumata görə, müğənni baş naziri Türkiyənin cənub şərqində baş verən terror hadisəsində günahkar bilib.
İfaçı sosial şəbəkədə baş nazirə qarşı qalmaqallı ifadələr işlədib.
“Hazırda yaralı uşaqların günahı nədir? Yazıq deyil onlara? Günah deyil? Mərhəmət və vicdanınıza nə olub? Yaralı uşaqları və yaşlı insanları ölümə tərk etmək hansı dində yazılıb? Necə bu qədər zalım, bu qədər mərhəmətsiz oldunuz, ey baş nazir?!”
Mahsun Kırmızıgülün "twitter" səhifəsi
Türkiyənin cənubunda artıq uzun müddətdir ki, PKK ilə türk ordusu arasında əsl müharibə gedir. Türkiyənin cənubunda yerləşən Sur rayonu Diyarbəkirin əsas mərkəzi yaşayış məntəqlərindən biridir.
Əhməd Davudoğlu
Əhalisinin əksəriyyəti kürdlər olan şəhər iki aydır PKK ilə Türk Silahlı Qüvvələri arasında davam edən döyüşlər nəticəsində əsl müharibə meydanına çevrilib.
PKK terrorçularının zərərsizləşdirilməsi məqsədilə keçirilən əməliyyatlar nəticəsində şəhərin mərkəzi hissəsindəki yaşayış evləri dağıdılıb, məscidlər, avtomobillər yandırılıb.
Dinc əhali arasında ölüm hallarının baş verməməsi üçün artıq 58 gündür ki, rayonun mərkəzi hissəsində fövqəladə vəziyyət hökm sürürür.
Əsl adı Abdullah Bazencir olan Mahsun Kırmızıgül 1968-ci ildə Diyarbəkirin Vəzir kəndində anadan olub. /anspress/