Mayın 5-də saat 23 radələrində Tovuz şəhəri ərazisində "Porsche" markalı avtomobilin iştirakı ilə baş verən qəza zamanı ölən şəxs məşhur həkimin oğludur.
Qəza nəticəsində ölən sürücü Zakir Qəhrəmanov "Nərgiz” klinikasının baş həkimi Məlahət Qəhrəmanovanın oğludur.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Zakir Qəhrəmanov idarə etdiyi "Porsche" markalı avtomobili yolun kənarındakı daş hasara vurub. Hadisə nəticəsində Z.Qəhrəmanov və sərnişinləri Nurlan Hüseynov, Azad Fətullayev xəstəxanaya yerləşdiriliblər.
Sürücü orada ölüb, digərlərinin vəziyyətləri orta-ağırdır.
Tovuz RPŞ tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, mayın 3-də "Porsche” ilə daha bir faciəvi yol-nəqliyyat hadisəsi baş vermişdi. Belə ki, 16 yaşlı Ağaəli Fərəcli 24 yaşlı Xəyalə Məmmədovanı vuraraq, qaçıb. Yaralı xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib. A.Fərəcli saxlanılıb./Publika.az/