Məşhur erməni «vor zakon» öldürüldü ( FOTO)
28.07.2015 944 0.0 0

Məşhur erməni kriminal avtoritet Sarqis Akopyan Gürcüstanın Axalkalaki rayonunun Xando kəndində (Cavaxk regionu) öldürülüb. 

Məlumata görə, ötən gün baş verən hadisəni bu gün Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiq edib.
Gürcüstan Daxili İşlər Nazirliyi həmçinin bu fakt üzrə cinayət işi qaldırıldığı barədə xəbər verib.

Xando kəndi yaxınlığında yolda meşədə pusqu quran şəxslər kriminal avtoritetin maşınını Kalaşnikov avtomatindan atəşə tutub. Nəticədə, avtomobil yoldan çıxaraq aşıb. Cəsədi aşkar edən yerli sakinlərdən biri "112" xidmətinə zəng vurub. 
"Əlavə detallar haqqında biz hələ ki, heç nə deyə bilmərik. Cinayət işi başlanıb, araşdırma aparılır", - deyə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin nümayəndəsi Eka Atoşvili bildirib. 

 


Hadisə baş verən yol 

Yerli sakinlərin sözlərinə görə, Sarqis ailəsiylə Axalkalakiyə tez-tez gəlirmiş. Bəzən o, öz valideynlərini Moskvaya yanına aparırmış. Bu dəfə Sarqis öz ailəsiylə Xandoya təxminən on gün əvvəl gəlibmiş. Axalkalaki rayonu Gürcüstanda ermənilərin ən sıx məskunlaşdığı yerdir./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar