Məşhur `Biq Mak` sendviçinin yaradıcısı vəfat edib
01.12.2016 1119 0
Məşhur “Biq Mak” sendviçinin yaradıcısı Cim Delliqati 98 yaşında ABŞ-da vəfat edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu “McDonald’s” restoranlar şəbəkəsinin mətbuat katibi Kerri Ford bildirib.
Onun ölümünün səbəbi açıqlanmayıb.
Qeyd edək ki, C.Delliqati 1967-ci ildə ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində “McDonald’s”ın yerli obyektinin direktoru olarkən, hamburgerin standart ölçülərini dəyişdirməyi təkilf edib.
Məlumata görə, “MakMaffin” adlı yumurtalı yemək də onun kəşfidir.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər