Məscidinin nəzir qutusundan pul oğurlayan şəxs tutulub
13.07.2016 486 0
Zaqatala rayonunda yerləşən Cümə məscidinin nəzir qutusundan pul oğurlamaqda şübhəli bilinən rayon sakini A.Aslanov tutulmuşdur
Qazeta.info Daxili İşlər Nazirliyinin məlumatına əsasən bildirir ki, iyulun 10-na keçən gecə Zaqatala rayonunun Muxax kəndində yerləşən Cümə məscidinin nəzir qutusundan 200 manat pul oğurlanmışdır.
Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini Arif Aslanov tutulmuşdur.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər