Məsciddə partlayış: 17 nəfər öldü
06.08.2015 623 0.0 0

Səudiyyə Ərəbistanı dəhşətli terror aktı ilə silkələnib. İhlas agentliyinə istinadla verilən məlumata görə, hadisə Səüdiyyə Ərəbistanının cənub-şərqində yerləşən Əsir vilayətində baş verib. Kamikadze özünü məscidin qarşısında partladıb. 

İlkin məlumata görə, kamikadzenin törətdiyi terror aktı nəticəsində 17 nəfər ölüb. Onlarla insan isə yaralanıb. 

Hal-hazırda hadisə qurbanlarının sayı dəqiqləşdirilir. Ölü sayının artacağı istisna edilmir. Ölənlər arasında təhlükəsizlik xidməti əməkdaşları da var. 

İyul ayının ortalarında ölkə paytaxtı Ər-Riyadın mərkəzində polis əməkdaşları partlayıcı maddə ilə doldurulmuş maşını saxlamağa cəhd edərkən partlayış baş verib.

Daha bir neçə partlayış bu ilin may ayında ölkənin şərqində yerləşən məscidlərdə baş verib. Bu zaman 20-dən artıq insan həlak olub./anspress/

 


Terror aktının baş verdiyi ərazinin xəritəsi


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar