Məscid mühasirəyə alındı: 200 vəhhabi saxlanıldı
12.11.2016 4479 0
Dünən Dağıstanın Xasavyurt rayonundakı məscid polis tərəfindən mühasirəyə alınıb.
Bildirək ki, bu barədə informasiyanı “Qafqaz İmarəti”nə yaxınlığı ilə seçilən “Kavkazçenter” portalı yayıb. Sayt polisin mühasirəyə aldığı məscidin sələfilərə aid olduğunu bildirib.
Bundan sonra məsciddəki sələfilərin həbsi başlayıb. 200 nəfər saxlanılaraq polis idarəsinə gətirilib. Onların əl izləri götürülüb, fotoları çəkildikdən sonra sərbəst buraxılıblar.
Qeyd edək ki, son günlər Rusiya Şimali Qafqaz, xüsusilə, Dağıstanda dini qruplara qarşı fəaliyyətini artırıb. “Qafqaz İmarəti”nin bölgədə zəifləməsi və yerini İŞİD-in tutmağa başlaması, Moskvanın fəallaşmasına şərait yaradıb./axar.az/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər