Məşəl Biləsuvara çatdı (VİDEO)
03.05.2015 957 0.0 0

Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına cəmi 40 gün qalır. I Avropa Oyunlarının məşəl estafetini Masallı rayonundan sonra bu gün Biləsuvar rayonu qəbul etdi.

ANS TV-nin məlumatına görə, məşəl estafeti Biləsuvar olimpiya idman kompleksindən start götürdü. Müxtəlif miqyaslı idman yarışlarında Azərbaycanı uğurla təmsil etmiş 10 biləsuvarlı idmançı məşəli 3700 metr məsafədə daşıyaraq Biləsuvarın mərkəzi Heydər Əliyev meydanına gətirdi.

Azərbaycanın Millli Qəhrəmanı Mübariz İbrahimovun doğulduğu Biləsuvar torpağı I Avropa Oyunlarının məşəl estafetini minlərlə sakinin gur alqış sədaları altında qəbul etdi. Burda mərkəzdə məşəl alovlandırıldı.

Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi belə mötəbər oyunların məşəl estafetini izləyənlər arasında olan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimov atası belə deyib: 

“Bu sadəcə olaraq insana bir xəyal, nağıl kimi gəlir..."

Axşam saatlarında oyunların məşəl estafetini Cəlilabad şəhəri qəbul edəcək. Burada estafet möhtəşəm alov festifalı ilə yekunlaşacaq./anspress/

 


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar