Mərmərə dənizi qan rəngi aldı - VİDEO
02.05.2017 1001 0.0 0

Mərmərə dənizinin Tekirdağ şəhəri sahilləri qırmızımtıl-narıncı rəngə boyanıb.

Məlumata görə, dənizin rənginin dəyişməsi yerli sakinləri narahat edib. Əhali belə hesab edib ki, suyun rəngi dənizə axıdılan kimyəvi elementlər sayəsində dəyişib və ətrafa təhlükə saça bilər. Amma Çanaqqala Universitetinin professoru Sezginer Tunçer sakinləri narahat olmamağa səsləyib. O qeyd edib ki, bu anomaliya su hövzəsinin həmin ərazisində mikroorqanizmlərlə bitkilərin qarışması (plankton prosesi) nəticəsində baş verir. Bundan başqa Noctiluca scintillans adlı dəniz ilbizinə bənzər su orqanizmi də özündəki müxtəlif piqmentlər vasitəsilə rəng dəyişiminə səbəb ola bilər. Yaz mövsümündə su bitkilərinin də cücərməsi və mikroorqanizmlərin çoxalma dövrü ilə əlaqədar olaraq bu canlanma baş verir.

Tunçerin sözlərinə görə plankton zamanı suyun rəngi qəhvəyi, parlaq qırmızı, yaşıl, sarımtıl da ola bilər. Bu, təbii prosesdir, ətraf mühit üçün zərərli deyil.

Qeyd edək ki, Mərmərə daxili dənizdir. Mərmərə dənizi Asiyanı Avropadan ayırır. O, planetin ən kiçik dənizidir: onun uzunluğu cəmi 280 km, eni isə 80 kilometrdir. Lakin bu kiçik dəniz həddindən artıq dərindir – 1370 m. Hesab olunur ki, Mərmərə dənizi yer qatında çat əmələ gəlməsi hesabına yaranıb. Bu çat bir zamanlar bir materik olan Avropa, Afrika və Asiyanı bir-birindən ayırıb./Publika.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar