Mərkəzi Bankdan yeni qərar
29.12.2015 872 0.0 0

Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər edib.
 
AMB-dən  verilən məlumata görə, bununla bağlı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov dekabrın 21-də Kontr-tsiklik prudensial tənzimlənməsi çərçivəsində bankların fəaliyyətinə dair prudensial tələblərin yeni makroiqtisadi şəraitə uyğunlaşdırılmasını və bununla bank sektorunun maliyyə dayanıqlığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 48.1.2-ci maddələrinə əsasən “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişiklikləri təsdiq edib.
 
Dəyişikliklərə əsasən, bank məcmu kapitalın adekvatlıq əmsalı 12%-dən 10%-ə və I dərəcəli kapitalın adekvatlıq əmsalı 6%-dən 5%-ə endirilib. Başqa sözlə, bank məcmu kapitalın adekvatlıq əmsalın 10%-dən və I dərəcəli kapitalın adekvatlıq əmsalını 5%-dən az olmayan səviyyədə saxlamalıdır.
 
Bundan başqa, banklar leverec əmsalını əvvəlki kimi 6%-dən yox, 5%-dən az olmayan səviyyədə saxlamalıdır.
 
Əgər bu dəyişikliklərə qədər aktivlər 5 risk dərəcəsinə bölünürdüsə, indi aktivlər 0, 20, 50, 100 faizli risk dərəcələrindən (qruplarından) birinə aid edilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar