Mərkəzi Bank niyə susur? (VİDEO)
04.03.2015 963 0.0 0

Ali Məhkəmə hakiminin “dollar kreditləri köhnə məzənnə ilə qaytarılmalıdır” - şəklində yayılan açıqlaması rəsmi şərh deyil.

ANS TV-nin məlumatına görə, bunu Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev özü bildirdi. O qeyd etdi ki, bu məsələdə Ali Məhkəmənin şərh vermək səlahiyyəti ümumiyyətlə yoxdur. O isə sadəcə Mülki Məcəllədə bununla bağlı 439,7-ci maddənin əsas götürülə biləcəyini deyib. Bununla bağlı son şərh və açıqlamanı vermək səlahiyyəti isə Konstitusiya Məhkəməsindədir. Çünki qanunvericilikdə yaranmış hər hansı təzadı bu qurum rəsmən şərh edə bilər. 

Məsələ burasındadır ki, Mülki Məcəllənin 439.7-ci maddəsi dollarla götürülmüş kreditin köhnə məzənnə ilə qaytarıla biləcəyi ehtimalını yaradırsa, 739.1-ci maddə əksinə, borc öhdəliyinin hansı valyuta ilə yaranıbsa, o valyuta ilə qaytarılmalı olduğunu deyir. 

Konstitusiya məhkəməsinə edilən müraciətə belə cavab verdilər ki, bununla bağlı ya Mərkəzi Bank, ya da banklar quruma müraciət etməlidir. Yalnız bundan sonra məhkəmə həmin maddələrlə bağlı qərar verə bilər. Amma indiyədək bu müraciət olmayıb. Deməli qaranlıq məqama aydınlıq gətirilməsi Mərkəzi Bankdan asılıdır. Tənzimləyici orqan isə bununla bağlı sorğuya heç bir cavab verməyib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar