Mərkəzi Bank: Manatın denominasiyasını həyata keçirməyə lüzum yoxdur
19.01.2016 480 0.0 0

“Azərbaycan manatının denominasiyasını həyata keçirməyə lüzum yoxdur".

Məlumata görə, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elmar Rüstəmov bildirib.

 

E. Rüstəmovun sözlərinə görə, sosial şəbəkələrdə yeni pul nişanlarını çap olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir: "Bu, uydurmadır. Bildiyiniz kimi, denominasiyanı həyata keçirmək üçün milli valyutada qüsurlar olmalıdır. Bundan başqa, hiperinflyasiya olmalıdır. Hal-hazırda Azərbaycanda hiperinflyasiya müşahidə olunmur və milli valyutada qüsurlar yoxdur. Buna görə, indiki şəraitdə denominasiyaya lüzum yoxdur”, - deyə E. Rüstəmov bildirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar