Mənzil alan zaman diqqət yetirilməli olan məqamlar
31.01.2018 853 0.0 0

Mütəxəssislərə görə, normal gəlir səviyyəsinə malik, valideynlər və iki-üç uşaqdan ibarət ailə üçün sahəsi 70-100 kvadratmetr aralığında olan yaşayış sahəsi ideal mənzil hesab edilir. Sahəsi bundan artıq olan mənzil yükdür.

Sahəsi 100 kvadratmetrədək olan mənzil alarkən belə aşağıda sadalayacağımız məqamlara diqqət yetirmək lazımdır.

EYVAN SAHƏSİNƏ VƏ SAYINA FİKİR VERİN

1 və ya 2 otaqlı mənzildə eyvan sayına və sahəsinə fikir vermək lazımdır. Yuyulan paltarların qurudulması üçün kiçik bir eyvanın olması kifayətdir. Ümumi sahəsi 65 kvadratmetrədək olan mənzilin 2, sahəsi 100 kvadratmetr ətrafında olan mənzilin isə 3-4 eyvanının olması itkidir. Bəzi layihələrə nəzər saldıqda məlum olur ki, bu eyvanların cəmi sahəsi 6-8 kvadrat metrədək çıxa bilir. Onsuz da sahəsi az olan mənzilin xeyli hissəsinin istifadəsiz olması yolverilməzdir. Buna görə, 1 və ya 2 otaqlı mənzildə sahəsi 3 kvadratmetrədək 1 eyvanın olması kifayətdir.

Almaq istədiyiniz mənzildə 1 eyvan olsa belə, onun böyüklüyünə baxın.

Məsələn, hazırda Bakıda pilot layihələrdən birində satılan 71 kvadratmetr mənzilin təxminən 10 kvadratmetri eyvandır. Həmin layihədə təmirli mənzilin 1 kvadratmetrinin qiyməti 1350 manatdır. Bu qiymətlə hesabladıqda həmin 10 kvadratmetrlik eyvan üçün 13500 manat ödənilməlidir. Alıcı bu məbləği ödəyəcək, amma böyük ehtimalla həmin sahənin böyük hissəsi istifadəsiz qalacaqdır. 71 kvadratmetr sahəyə malik mənzilidə 3 kvadratmetrədək eyvan kifayət edir. Yuxarıda qeyd edilən mənzili alan şəxs eyvanın 7 kvadratmetr daha böyük olmasına görə 9450 manat itirəcəkdir. Bu da o deməkdir ki, istifadə edilməyən eyvan sahəsinə görə mənzilin 1 kv metri müştəriyə 150 manatadək baha gəlir.

DƏHLİZİN SAHƏSİNƏ DƏ DİQQƏT YETİRİN

Alacağınız mənzilin dəhlizinin sahəsinə də diqqət yetirin. Effektiv mənzil planlaması olan layihələrdə, 6-7 kv. metr dəhliz orta ölçülü 2 otaqlı mənzil üçün kifayət edir. Effektiv mənzil planlanması olmayan əksər tikinti şirkətləri 2 otaqlı 71 kv. metrlik mənzilin dəhliz sahəsini 15 kv. metrdən daha artıq edir ki, bu da öz növbəsində mənzil sahibinə mənzilin 1 kv metrinin təxminən 200 manatadək baha gəlməsi deməkdir. İkiotaqlı mənzil alarkən elə layihələrdən mənzil almaq lazımdır ki, salon, yataq otağı və mətbəxt normal sahələrdə olsun, ümumi sahə dəhliz və balkona görə böyük olmasın.

BU ŞİRKƏT ALICILARI DÜŞÜNÜR

Bu yaxınlarda “Kristal Abşeron” şirkətinin tikdiyi yaşayış binalarına media-tur təşkil edilmişdi. Jurnalistlərə bildirildi ki, mənzillər effektiv şəkildə layihələndirilib, eyvan və dəhlizlər normal sahələrə malikdirlər. Məsələn, şirkətin “Qara Qarayev“ layihəsinin 2 otaqlı mənzilində mətbəxtdən yolu olan eyvan nəzərdə tutulub. Həmin eyvan lazımsız yerə böyük deyildi. Qonaq otağının eyvanı isə çox kiçik, fransız üslubundadır. Fransız eyvanlar stul və stol qoyulmayan eyvandır, əsasən hava almaq məqsədilə istifadə edilir.

KİÇİK MƏNZİLDƏ BÖYÜK DƏHLİZ DAHA BÖYÜK İTKİDİR

Dəhliz (hol) mənzilin giriş hissəsidir, insan gününü bu hissədə keçirmir. Ümumi sahəsi az olan mənzillərdə (44-64 kv.m civarında) dəhlizin böyük olması salon və mətbəxin daralacağı deməkdir. Sahəsi az olan mənzil alan zaman dəhlizin kiçik olmasına və ya kiçildilməsi imkanının olub-olmadığına baxın.

Əksər tikinti şirkətləri alıcılara mənzilin daxilində dəyişikliklər etmək imkanı yaradırlar. Bu imkanı yaradan şirkətlərdən mənzil almağı tövsiyə edirik. Eyni zamanda, mənzilin layihəsi dəyişikliklər aparmağa da imkan verməlidir. Elə layihələr var ki, nə qədər etsəniz effektiv mənzil planlaşdıra bilməyəcəksiniz.

“Kristal Abşeron” şirkətinin tikdiyi yaşayış komplekslərinə jurnalistlərin media-turu zamanı şirkət nümayəndəsi Anar Qurbanov bildirmişdi ki, sahibi mənzilin layihəsində dəyişiklik istəyirsə, istəyə uyğun dəyişiklik aparılır.

AŞAĞI QİYMƏT TƏKLİF EDİLDİKDƏ ON DƏFƏ DÜŞÜNÜN

Bir sıra tikinti şirkətləri mənzilləri bazar qiymətlərindən aşağı təklif edirlər. Araşdırmalar göstərir ki, bu “ucuzluq” həm keyfiyyətin aşağı olması, həm də bir sıra çatışmazlıqlar ilə bağlıdır. Məsələn, binanın fasadı sadəcə suvanaraq rənglənir. Belə olan halda isə sakinlər yaşadıqları zamanı qışda mənzillərin isidilməsinə, yayda isə soyudulmasına daha çox pul xərcləyirlər. Elə şirkətlər də var ki, izolyasiyaya önəm verirlər. Məsələn, “Kristal Abşeron” şirkəti inşa etdiyi binaları daş yun ilə üzləyir. Daş yun istini içəridən çölə, soyuğu da içəriyə buraxmır. Bu da imkan verir ki, mənzildaxili tepmeratur tənzimlənsin və enerji xərclərinə 30%dək daha az pul xərcləməsin.

Təcrübə göstərir ki, mənzilləri daha ucuz qiymətlər ilə satılmış binalara daha gec təbii qaz verilir. Sonradan sakinlər rəsmiləşdirməyə xeyli pul ödəməli olurlar.

“MEBELİNİZİ GƏTİRİB YAŞAYIN"

“Mənzili təmirsiz, yoxsa təmirli almaq sərfəlidir? sualı çoxlarını düşündürür. Əgər təmirsiz aldığınız mənzili təmir şirkətinə və ya hansısa fərdi ustalara təmir etdirəcəksinizsə, ehtimal ki, “təmirli mənzil alsaydım bundan sərfəli olardı” deyəcəksiniz. “Kristal Abşeron” şirkəti bununla əlaqədar olaraq bildirir: “Biz mənzilləri müştərinin seçdiyi dizayna uyğun, tam təmirli, yüksək keyfiyyətdə, daha münasib qiymətlərə təklif edirik. Çünki bütün materialları xaricdən topdan aldığımıza görə təmir bizə daha ucuz başa gəlir. Bundan başqa, təmir zamanı müştəri bir neçə ayını itirəcək (bu vaxt ərzində müştəri kirayəyə əlavə pul xərcləyəcək) əsəb, stress halları yaşayacaqdır. Həmçinin təklif etdiyimiz təmirdən daha keyfiyyətsiz təmir alacağı ehtimalı var.

Duş kabinəsi daxil hamam və tualetin bütün aksesuarları quraşdırılır. Müştərinin istədiyi formada alçipan işləri görülür. Buna görə “Kristal Abşeron”, mənzilləri “təmirli” deyil, “tam təmirli” təhvil verdiyini bildirir”.

Yekunda bildirmək istəyirik ki, sadəcə mənzilinizin effektiv planlaşdırılmaması - az istifadə edilən, bəzi hallarda isə ümumiyyətlə istifadə edilməyən dəhliz və balkon sahələrinin lazımsız qədər böyük olması mənziliniz 1 kv. metrinin sizə 400 manatadək baha gəlməsinə səbəb ola bilər. Bu səbəbdən çalışın aldanmayın!/Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar